RU

Kolumbiya britaniyalılar üçün viza tətbiq edəcək

Kolumbiya hökuməti Böyük Britaniya vətəndaşları üçün vizaları məcburi edəcək. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro məlumat verib.

Pedronun sözlərinə görə, bu addım Böyük Britaniyaya cavab olaraq atılan bir addımdır:

"Böyük Britaniya Kolumbiya xalqı üçün viza ehtiyacını bərpa edibsə, qarşılıqlılıq prinsipinə əsaslanaraq, Kolumbiya hökuməti də ölkəyə gəlmək istəyən Britaniya vətəndaşlarından viza tələb edəcək".

Qeyd edək ki, Böyük Britaniyanın Kolumbiyadakı səfirliyi noyabrın 27-dən etibarən kolumbiyalıların Böyük Britaniyaya səfər etməsi üçün viza tələb olunacağını açıqlayıb. "Bu qərar qeyri-qanuni miqrasiya hallarının, xüsusilə sığınacaq üçün əsassız müraciətlərin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar qəbul edilib", - deyə səfirlik açıqlamasında bildirib. Böyük Britaniya 2022-ci ilin noyabrında kolumbiyalılar üçün vizaları ləğv etmişdi.

Gülşən Şərif 

Избранный
18
bakivaxti.az

1Источники