RU

"Əlilliklə bağlı TƏBİB-ə müraciət edənlər rədd cavabı alır" - Deputat

"Zərdab, Kürdəmir, Ucar rayonlarında ən böyük problem işsizlikdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında millət vəkili Jalə Əliyeva deyib.

"Bölgələrdə əmək bazarını tənzimləmək üçün rayonların ekoloji, iqtisadi, vəziyyəti nəzərə alınaraq müəssisələr tikilməlidir. Azgəlirli ailələr pay torpaqlarından istifadə edə bilmirlər. Bu vəziyyət kəndin, rayonun demeqrofik balansına təsir edir. Əlilliklə bağlı TƏBİB-ə müraciət edənlər rədd cavabı alır. Buna görə əlilliyin təmin olması əlçatan olmalıdır", - deyə millət vəkili vurğulayıb.

Türkan İSGƏNDƏRLİ

Избранный
10
2
redaktor.az

3Источники