RU

"Bakı Şəhər İcra Hakimiyyəti bunları əvvəldən fikirləşməlidir" - Vahid Əhmədov “20 Yanvar”dakı mağazaların aqibətindən DANIŞDI

Metronun 20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən kiçik ticarət obyektləri bir müddət öncə sökülüb. Sahibkarların işsiz qalması cəmiyyətdə maraq doğurub. Milli Məclisin sabiq deputatı Vahid Əhmədov problemlə bağlı danışıb.

Vahid Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, belə hallar son zamanlar çoxalıb və tikinti aparılan yerlərdə insanlar işsiz qalır:

"Belə hallar kifayət qədər sual doğuran məsələlərdir. İnsanlar işləyib evlərinə bir parça çörək aparırlar. Obyektlərin sökülməsi planlaşdırılırdısa, əvvəldən iş yerləri tikilməli idi. Birdən-birə mağazaların fəaliyyətini dayandırması, insanların pis vəziyyətdə qalması bizə müsbət heç nə gətirməyəcək. İnsanları işlə təmin edilməsini fikirləşmək lazımdır. Çox təəssüf ki, belə hallar bizdə çox olur. Son zamanlar tikinti işlərinə görə belə narazılıqlar daha da artıb. Tikinti ediləcək yerlərdə köşklər sökülür, iş yerləri ixtisara gedir. Həmin insanlar faktiki olaraq işsiz qalır. 

Bakı Şəhər İcra Hakimiyyəti, rayonlardaki icra orqanları bunları əvvəldən fikirləşməlidir. Hansısa iş yeri sökülürsə, insanlar işlə təmin olunmalıdır".

Sabiq deputat qeyd edib ki, iş yerlərini bağlamaq doğru hal deyil:

"Şəhərin baş planı və görülən tədbirlər buna zəmin yaradır. Digər ərazilərdə də belə hadisələrin şahidi oluruq. Tikintidə məsul olan şəxsin vəzifəsi insanları nəzərə almaqdır. İnsanların işsiz buraxılması qəbul edilməzdir. Müvafiq qurumlar bu mövzunu diqqət mərkəzində saxlamalı, hokümət insanları işlərini bərpa etməlidir". 

Qeyd edək ki, paytaxtın insan axını çox olan digər ərazilərində ticarət obyektləri fəaliyyət göstərməyə davam edir, ancaq “20 Yanvar” stansiyasının keçidində fəaliyyət göstərən onlarla ticarət obyektləri isə səbəbsiz yerə dayandırılıb. 

Избранный
22
8
sitat.info

9Источники