RU

“Made in Turan” ermənilərin “kürkünə birə salıb”

Bu günlərdə Türk Dövlətləri birliyinə daxil olan ölkələrin öz məhsullarını Made in Turan” brendi adı altında buraxılması təklifi irəli sürülüb. Tribunainfo.az xəbər verir ki, həmin təklifə əsasən belə bir brendin yaradılması gələcəkdə qurulması nəzərədə tutulan Turan Birliyinin özünü təqdim etməsi üçün vacib hesab olunur.
Lakin bu məsələdən ən çox tədirgin və narahat olan isə Ermənistan olub. Belə ki, bu ölkədə nəşr edilən “İravunk” qəzeti həmin məsələyə geniş yer ayırıb. Qəzet yazır ki, Turan Birliyinin qurulması Ermənistan üçün təhlükəlidir. “Bu, türk dövlətlərinin birləşməsi deməkdir. Bu baş verərsə, Ermənistanın varlıq məsələsi belə gündəmə gələ bilər”.
Erməni nəşri yazır ki, hazırkı duruma düşmələrinin günahkarı Nikol Paşinyandır. “ Əgər 2020-ci ildə ümummilli fəlakətə çevrilən 44 günlük müharibə olmasaydı, Turan-ın doğulması heç vaxt baş verə bilməzdi. Paşinyan ağıllı siyasət aparmadı və ölkəni fəlakətə sürüklədi. Paşinyan bu müharibəni başlatmaqla Turana yol açdı”.

Избранный
3
tribunainfo.az

1Источники