RU

AHİK-in sədr müavini işdən çıxdı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov işdən çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, C.Alxasov vəzifədən azad edilməsi ilə bağlı ərizə yazıb. 

 

Qeyd: C.Alxasov 2001-ci ildən bu vəzifədədir.

 

Xatırlatma: 2024-cü ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. Daha sonra S.Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən, qızı Lalə Möhbalıyeva Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi vəzifəsindən azad edilib. Bundan başqa, AHİK-in 11 avtomobili keçmiş sədrin qohumlarından geri alınıb. 

 

Nadir

Tarix: 27 Noyabr 2024, 12:16   
Избранный
27
1
pravda.az

2Источники