RU

Mask Baydenin Ukraynaya əlavə yardımını şərh etdi

Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Co Baydenin Ukraynaya daha 24 milyard dollar ayrılması ilə bağlı Konqresə gizli müraciət etməsi ilə bağlı xəbərləri şərh edib.

"Unikal" xəbər verir ki,  "Bu normal deyil" deyə Mask "X" sosial şəbəkəsində Amerika administrasiyasının tələbi ilə bağlı nəşri şərh edərkən yazıb.

Xatırladaq ki, "Politico" jurnalistləri Baydenin qanunvericilərdən Kiyevə maliyyə yardımını artırmağı xahiş etdiyini öyrəniblər. Tələbə Konqresdə bu ilin dekabrında baxıla bilər.

Qeyd olunur ki, Kiyevə yeni hərbi yardım tələbi ABŞ-nin digər ehtiyacları üçün əvvəllər planlaşdırılan xərclərə əlavə kimi çərçivələnib.

Избранный
12
50
unikal.az

10Источники