RU

"Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan RespublikasınınQeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəyardımı ilə reallaşdırdığı "Azərbaycan media landşaftı üzrə məlumatbazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantıkeçirilib.

Trend xəbərverir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid QHTAgentliyinə sözügedən layihəyə göstərdiyi dəstəyə görə təşəkkürünübildirib.

R.Məcid bildirib ki, "Azərbaycan media landşaftı üzrə məlumatbazasının yaradılması" layihəsi 7 ay müddətində davam edib.

“Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləriüzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqliistiqamətləri üzrə 4 toplantı keçirilib. İyul, avqust, sentyabr vəoktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsindəgörülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanıbarədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dairfikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb.

Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin "presscouncil.az"saytında "Azərbaycanın media landşaftı" adlı xüsusi kateqoriyayaradılıb. Həmin kateqoriya özündə "Azərbaycanda informasiyadövriyyəsini tənzimləyən qanunlar", "İnformasiyanın etikstandartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər","Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları","Azərbaycan mediasından gender balansı", "I və II Qarabağmüharibəsi dövründə Azərbaycan mediası" yarımkateqoriyalarını,həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiştədbirləri birləşdirib”

R.Məcid onu da bildirib ki, indiyədək layihə çərçivəsindənəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onlarınyayımı həyata keçirilib, eyni zamanda, məqalələr "Azərbaycanınmedia landşaftı" kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzuilə əlaqədar institsional yanaşma tətbiq edilib. R.Məcid, həmçinin,layihə çərçivəsində görülən işlərin tamamlandığını və layihəninyekunlaşdığını bildirib.

MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan media landşaftı üzrəməlumat bazasının yaradılması layihəsinin eksperti Müşfiq Ələsgərliiştirakçıları "Azərbaycanın media landşaftı" kateqoriyasındayerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o,"Azərbaycan jurnalist təşkilatları barədə tədqiqatın nəticələrinişərh edib.

Müşfiq Ələsgərli qeyd edib ki, "Azərbaycan media landşaftı üzrəməlumat bazası" beynəlxalq standartalara uyğun formadahazırlanıb.

Toplantıda digər iştirakçıların çıxışları ilə davam edib.

Məqalədə:
Избранный
14
9
az.trend.az

10Источники