RU

Buşehrdə sosial media fəalları həbs edildi

İranın Buşehr əyalətində mədən və incəsənət fəaliyyətləri ilə məşğul olan 12 sosial edia fəalı həbs edilib.

Bu barədə əyalətin Kiberməkana Nəzarət Polisi məlumat yayıb.

Həbs edilənlərin kimliyi açıqlanmasa da, onlardan ikisinin qadın olduğu bildirilib.

Kiberməkana Nəzarət Polisi, musiqi və rəqs təlimi videoları yayan fəalları "əxlaqsızlığın təbliğatı"nda günahlandırıb.

Onların barəsində cinayət işi açılıb və idarə etdikləri sosial media kanalları bağlanıb.

Qeyd edək ki, İran rəhbəri Əli Xaməneinin bir müddət əvvəl sosial media ilə bağlı göstərişindən sonra fəallara qarşı təzyiqlər artıb.

Əli Xamənei sosial media ilə bağlı verdiyi bəyanatda "düşmənin sevincinə, hökumətin zəifləməsinə səbəb olan paylaşım və reaksiyalara icazə verilməməsinə" çağırıb.

visiontv.az



Избранный
9
visiontv.az

1Источники