RU

“Bu, Zelenskinin siyasi cəhətdən sonu olacaq” - Ukraynanın sabiq XİN rəhbəri

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp çətin ki, əlverişli şərtlərlə Ukraynada müharibənin bitməsinə nail ola bilsin”. 

Missiya.Az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Politico” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sövdələşməyə hazır deyil. 

Siyasətçi hesab edir ki, Rusiyanın müttəfiqləri Ukraynanın tərəfdaşlarından qat-qat qətiyyətli davranırlar. 

O, bildirib ki, Qərb ölkələri çox vaxt onlara dəstək verməkdə qeyri-ardıcıl və etibarsız olublar.

Kuleba qeyd edib ki, Putin və Ukrayna prezidenti Volodimir Zelenski Trampın müharibəni bitirmək planına uyğun olaraq saziş bağlamağa razı olmayacaqlar. Putin diplomatiya ilə maraqlanmır və bunun əvəzinə Qərbi yormağa çalışır. 

Bundan əlavə, diplomat belə bir sazişin Zelenski tərəfindən imzalanmayacağını əlavə edib:

“Ruslar Dondabı və Krımı əllərində saxlamaq istəyir, Zelenski isə bu şərtlərlə müqaviləni imzalaya bilməz, çünki bu, onun siyasi cəhətdən sonu olacaq”.

Daşqın HəsənovMissiya.Az

Избранный
14
missiya.az

1Источники