RU

Həddindən artıq duz istehlakının  dəhşətli zərərləri açıqlandı

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Dekanı Prof. Dr. Sedat Üstündağ həddindən artıq duz istehlakının böyrək çatışmazlığı və ürək xəstəlikləri riskini artırdığını deyib.

Vətəninfo.az xəbər verir ki, mövzu ilə bağlı sualları cavablandıran Üstündağ həddindən artıq duz istehlakının bədəndə əlavə su tutmasına səbəb olduğunu ifadə edərək, “Bu vəziyyət damar əzələlərinin daralma meylini artıraraq təzyiqi artırır. Böyrək yüksək qandan ən çox zərər görən orqanlardan biridir. Duz yalnız böyrəyi zədələmir, həm də ürək böyüməsinə, infarktlara və insultlara səbəb ola bilər” deyə vurğulayıb.

Sağlam bir insan böyrəyinin gündə orta hesabla 5 qram duz çıxara bildiyinə diqqət çəkən professor Üstündağ bu miqdara əməl etməyi tövsiyə edib.

Избранный
1
2
veteninfo.az

3Источники