RU

“Pilotsuz uçuş aparatlarının olduğu dövrdə döyüş təyyarələri artıq köhnə bir vasitədir”- Mask

“SpaceX” şirkətinin sahibi, amerikalı milyarder İlon Mask müasir döyüş təyyarələrini yeni sistemlərinin mürəkkəbliyi və həddindən artıq baha olması səbəbindən tənqid edərək onların yerini pilotsuz uçuş aparatlarının (PUA) almasının vacibliyini müdafiə edib. O, “X” sosial media hesabında “Bloomberg”in “Pentaqonun məxfilikdən çıxarılan F-35 hesabatı ABŞ-ın ən bahalı silahının etibarlılıq və təhlükəsizlik problemlərini ətraflı izah edir” başlıqlı xəbərini sitat gətirərək fikirlərini bildirib. Paylaşımında Amerikanın müdafiə sənayesi şirkəti “Lockheed Martin” tərəfindən istehsal edilən F-35-in dizaynının səhv bir baza üzərində qurulduğunu vurğulayan Mask “Bu da təyyarəni bahalı və mürəkkəb, hər sahədə bir az bilən, lakin heç birində ixtisaslaşmayan bir vasitəyə çevirir” ifadəsini işlədib.

İlon Mask “Pilotsuz uçuş aparatlarının olduğu dövrdə döyüş təyyarələri artıq köhnə bir vasitədir. Onlar sadəcə pilotların ölümünə səbəb olacaq” deyə qeyd edib.

ABŞ Əməliyyat Test və Qiymətləndirmə İdarəsinin illik hesabatına əsasən, F-35 döyüş təyyarələri 2023-cü ildə etibarlılıq, texniki xidmət və istismar sahələrində bəzi çətinliklərlə üzləşib və nəzərdə tutulan 65%-lik döyüşə hazır olma göstəricisindən az olaraq 51%-lik performans sərgiləyib. Amerika Hökumətinin Hesabatlılıq Ofisinin aprel ayında yayımladığı hesabatda isə qeyd olunub: “F-35 parkını fəaliyyət göstərən vəziyyətdə saxlamağın xərcləri artmaqda davam edir. Bu xərclər 2018-ci ildə 1,1 trilyon dollar idi, 2023-cü ildə isə 1,58 trilyon dollara çatıb.”

Избранный
73
9
veteninfo.az

10Источники