Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə tətbiqinin 1 yanvar 2025-ci il tarixində ləğvi təklif olunur.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Bununla, dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı