Rusiyaya müharibədə böyük dəstək verən Şimali Koreya Ukrayna ərazisində istifadə edilən “KN-23” raketlərinin istehsalını sürətləndirmək üçün hərəkətə keçib.
“AzPolitika” xəbər verir ki, yayılan peyk görüntülərində bu raketlərin istehsal olunduğu hərbi obyektdə genişləndirmə işlərinə başlanıldığı görünüb. Şimali Koreyanın ikinci böyük şəhəri olan Hamhunqdakı silah istehsalı mərkəzinin yeni binalarla genişləndirildiyi məlum olub.
Qeyd olunur ki, işlər başa çatdıqdan sonra zavodların istehsal gücünün 60-70 faizdən çox artacağı gözlənilir.
“CNN” –nin məlumatına görə, bu il Ukrayna ərazisinə edilən hücumlarda ümumilikdə 194 ballistik raketdən istifadə edilib ki, bunun da üçdə birini Şimali Koreya istehsalı olan “KN-23” raketləri təşkil edir.
“AzPolitika.info”