RU

"İkinci hissədə ümidlənsək də..." - Luis Enrike

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda səfərdə "Bayern Münhen"ə 0:1 hesabı ilə uduzan PSJ-nin baş məşqçisi Luis Enrike məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis "Canal+"ə danışıb:

"İlk yarıda rəqibin pressinqinin öhdəsindən gələ bilmədik. "Bayern" topu bizdən çox tez alırdı. Fasiləyədək çox zəif göründük. İkinci hissədə ümidlənsək də, azlıqda qalmağımız vəziyyəti çətinləşdirdi (Usman Dembele 56-cı dəqiqədə meydandan qovulub - red.). "Bayern"ə qarşı 10 nəfərlə oynamaq asan deyil. Rəqib şübhəsiz, qələbəyə layiq idi. Nəticəni qəbul edirəm".

Nihat

Избранный
1
fanat.az

1Источники