RU

"Parlament diskussiya yeridir, buna normal baxmaq lazımdır"

Biz çalışmalıyıq ki, reallıqlar və həqiqətlər birbaşa vətəndaşa çatsın.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

“Məsələn, şəhid ailələrinə diqqətlə bağlı danışırlar. Şəhid ailələrinə dövlət tərəfindən birbaşa 11 min manat sığorta dövlət verilir. Lakin dövlətdən başqa onlara digər strukturlar da vəsait təqdim edir. Heydər Əliyev Fondu da, Yaşat Fondu da 11 min manat verir. Bu gün “Youtube”də çıxış edənlər o 11 min manatdan yapışır, 33 min manatdan yox. Biz istəyirik ki, 33 min manat çatdırılsın. Nümunə kimi Rusiyanı və başqa ölkələri göstərirlər.  Biz isə deyirik ki, bir uşağı olana iki otaq, iki uşağı olana üçotaqlı mənzil verilir. Bakıda belə bir mənzil verilirsə, bu, 100 min manatdan artıq vəsait deməkdir. Yəni əlavə 100 min manat təqdim olunur. Onun da üzərinə digər müavinətlər, eləcə də Prezidentin müavinəti əlavə olunur. Bunları biz öz tərəfimizdən lazımı qaydada çatdırırıq. Digər mənbələr də bunu belə formada çatdırsın ki, vətəndaş oxuyanda o “Youtube”də aldadanların ardınca gedib, onların təbliğatının təsiri altına düşməsin. Vətəndaş məsələni qaldırıb, onun seçdiyi deputat həmin məsələyə toxunmayanda düşünür ki, “Youtube”də danışanlar onun xətrini daha çox istəyir. Parlament diskussiya yeridir, ona görə diskussiya aparmalı və həqiqəti tapıb müəyyən qanun qəbul etməliyik. Ona görə də bu diskussiyaya normal baxmaq lazımdır və normal qeyd eləmək lazımdır. Kim nə cür yazır yazsın, söhbət ondan getmir. Kiminsə kiminləsə şəxsi qərəzliyi yoxdur. Bizim hamımızın marağımız dövlət başçısının apardığı siyasət, onun müdafiəsi, dövlətimizin gücüdür”.

"Cebheinfo.az"

Избранный
29
2
cebheinfo.az

10Источники