RU

Bu Avropa ölkəsi Ukraynaya qoşun göndərir: NATO-nun icazəsi olmadan

Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək üçün NATO-nun razılığına ehtiyacı yoxdur.

Publika.az UNİAN-a istinadən xəbər verir ki, bunu Litvanın Şimali Atlantika Alyansındakı səfiri Deyvidas Matulionis deyib.

“Ukraynaya qoşun göndərmək milli qərar, bir qrup ölkə, bu təşəbbüsə qoşulmaq istəyən koalisiya ola bilər. Bunun üçün NATO-nun təsdiqi və ya etiketinin olması vacib deyil”, - o qeyd edib.

Eyni zamanda diplomat etiraf edib ki, hələlik Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi sadəcə ideyadır. Eyni zamanda o etiraf edib ki, bu mövzu NATO-ya üzv ölkələrin xarici işlər nazirləri tərəfindən Brüsseldə keçiriləcək görüşdə yenidən gündəmə gətirilə bilər .

Избранный
12
publika.az

1Источники