Dünən “Böyük Yeddilik” (G7) qrupunun xarici işlər nazirləri bəyanat yayaraq, 7 sənayeləşmiş və demokratik ölkənin dünya hadisələri ilə bağlı mövqelərini açıqlayıbb və onun bir hissəsini İranın sabitliyi pozan addımlarına həsr ediblər. Bəyanatda İranın İsrailə raket hücumları kəskin şəkildə pislənib. Tehranın proksi qüvvələrinin sabitliyi pozan hərəkətlərinin davam etdirilməsi tənqid olunub.G7 ölkələri İranın heç vaxt nüvə proqramını inkişaf etdirməməli olduğunu vurğulayıblar. Onlar İranın nüvə fəaliyyətlərini izləyəcəklərini də bildiriblər. Bəyanatda İranın Rusiyaya silah göndərməsi də pislənib. Bununla yanaşı, İslam Respublikası tərəfindən insan haqlarının da pozulması müzakirə edilib. Qeyd olunub ki, İran əsassız həbslərə və ikili vətəndaşların saxlanılmasına son qoymalıdır.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Britaniya səfiri: “Biz İranla müharibədə İsrailin yanında olacağıq”
Britaniyanın ən çox axtarılan cinayətkarlarından biri saxlanılıb
Böyük Britaniya hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya hərbi personalını göndərmək niyyətində deyil