RU

Naxçıvanda federasiyalar niyə ləğv olunur? – Ekspert

Son vaxtlar Naxçıvanda mərkəzləşdirilmiş idarəetmənin elementləri getdikcə daha çox tətbiq olunur.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Naxçıvanda idman federasiyalarının ləğv olunması prosesini şərh edərkən deyib.

“Əvvəllər Naxçıvanın bəzi regional, təkrarlanan orqanları var idi. Bu, həm dövlət idarəetməsində, həm də hökumət qurumlarında özünü göstərirdi. O cümlədən, idman təsərrüfatında da eyni qaydada yanaşmalar mövcud idi.

Ancaq son illər bütün bunlar mərkəzləşdirilir və mərkəzdən - Bakıdan idarəolunma ilə bağlı qərarlar verilir.

Ümumiyyətlə, Naxçıvanın muxtar statusunun yavaş-yavaş azaldılması prossesi müsbət istiqamətdə davam edir. Yəqin ki, məntiqi yekun kimi nə vaxtsa Konstitusiya islahatı da həyata keçiriləcək, Naxçıvanın muxtar statusunun ləğvi gündəmə gələcək və doğru olan da budur. Azərbaycan unitar dövlətdir”, - ekspert bildirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Karate-do və Şahmat federasiyaları ləğv edilib, əvəzində ölkəmizin eyniadlı federasiyalarının nümayəndəliyi yaradılıb.

Избранный
21
axar.az

1Источники