RU

“Heyət və maliyyə baxımından daha çoxunu etmək mümkün deyil” – “şirlər”in qələbə aclığı haqda

“Şamaxı”nın yeni mövsümdə qazandığı nəticələr bəzi baş məşqçilərin oyunu dəyərləndirərkən istifadə etdiyi məşhur ifadəni xatırladır: “iki fərqli hissə izlədik”.

“Şirlər” Misli premyer-liqasının ilk 7 turunda bir dəfə məğlub oldusa, üç dəfə 3, iki dəfə 1 xala sevindi. Kollektiv 3-cü turda “Qarabağ”la qarşılaşmalıydı ki, matç “köhlən atlar”ın avrokubok matçı üzündən təxirə salındı. İndi durum fərqlidi. Bölgə təmsilçisi son 7 turda qələbə qazana bilməyib – 5 məğlubiyyət, 2 “sülh”.

“Football-plus.az” klubun baş meneceri Kamran İsmayılovun məhz bu məsələlər haqda fikirlərini öyrəndi:

“Sizinlə razıyam. Mövsümün əvvəliylə müqayisədə eniş yanayırıq. Təbii ki, obyektiv səbəblər var. “Şamaxı” məhdud büdcəsi olan klubdu. Hələ mövsüm başlamamış belə hadisələrin baş verəcəyinin fərqindəydik. Ona görə ki, heyətimiz kasaddı. Rotasiyalar edə bilmirik. Zədəli və cəzalı futbolçularımız olanda çətinlik çəkirik. “Futbol ili”nə gözlədiyimizdən daha yaxşı başladıq. Son 7 turda qeydə alınan nəticələri anlayışla qarşılayırıq. Heyət və maliyyə baxımından daha çoxunu etmək mümkün deyil. Məqsədimiz premyer-liqada qalmaqdı. Bu baxımdan problem görmürük. Təbii ki, hər komanda qələbə qazanmaq istəyir. Amma reallıqlar var. Bildiyim qədər indiyə kimi 10, 9 və 8-ci pillədə qərarlaşmamışıq. Həmişə ortabablar sırasında olmuşuq. Gözləntilərin həyata keçdiyinə inanırıq. Burda ciddi problem yoxdu. Məğlub olduğumuz oyunlarda aciz vəziyyətə düşməmişik. Döyüşmüşük, əzmkarlıq göstərmişik. “Şamaxı” baxımlı futbol sərgiləyir. Hələ ki məqsədimizlə bağlı təhlükə hiss etmirik. Nəticələrin daha yaxşı olması üçün çalışacağıq”.

Xatırladaq ki, “şirlər” 13 xalla 7-ci sıradadı. Onlar noyabrın 30-da 15-ci tur çərçivəsində “Kəpəz”i qəbul edəcək.

KƏNAN BAHADIR
Избранный
3
football-plus.az

1Источники