RU

Bankların depozitlər üzrə faiz xərcləri kəskin artıb

Bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri  725,8 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Bu illik müqayisə ilə 245,9 milyon manat (51,2%) , aylıq müqayisə ilə 89,4 milyon manat (14%) çoxdur.

Bu ilin oktyabr ayının birinə bankların depozitlər üzrə faiz xərcləri 636,4 milyon manat, ötən ilin noyabrın 1-nə isə 479,9 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində bankların müddətli depozitlər üçün ödədiyi məbləğlər aylıq 75,7 milyon manat (13,8%), illik isə 221,5 milyon manat (55,2%) artaraq 622,9 milyon manata yüksəlib.

Избранный
58
fed.az

1Источники