ABŞ prezidenti Co Bayden vəzifədən getməzdən əvvəl gizli şəkildə Konqresdən Ukraynaya daha 24 milyard dollar yardım və silah-sursatla təmin olunmasını istəyib.
Bakıvaxtı.az "Politico2ya istinadən xəbər verir ki, Konqresin iki köməkçisi Baydenin tələbinin təfərrüatlarını təsdiqləyib.
Bildirilib ki, Baydenin istəyi qəbul olunub. Pentaqonun fövqəladə maliyyələşdirməsinin yeni tranşı Ukrayna üçün silah və avadanlıqların alınmasına və Amerikanın silah ehtiyatlarının artırılmasına sərf olunacaq. Tələb olunan vəsaitindən 16 milyard dollar Amerika ehtiyatlarının artırılmasına yönəldiləcək. Qalan 8 milyard dollar isə Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünə sərf olunacaq.
Gülşən Şərif