RU

"Qalib dövlətin vətəndaşı kimi təmsil olunmağın qüruru sözlə ifadə edilə bilməz" - Vüsalə Hüseynli / FOTOLAR

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli COP 29-un uğurlu keçirilməsi və 18-21 noyabr tarixində keçirilən 1-ci Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan nümayəndə heyətinin iştirakına dair fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Vüsalə Hüseynli bildirib ki, Azərbaycan bu sammitdə qalib dövlətin qalib vətəndaşları kimi iştirak edib və bu hissləri yaşadan şəhidlərimizə rəhmət, Ali Baş Komandan İlham Əliyevə isə dərin təşəkkür borcludur:

"Bu sammitdə uğurlu və yaddaqalan iştiraka görə, Azərbaycanı layiqli təmsilçiliklərinə görə həmkarlarıma xüsusilə mənimlə birgə panellərdə təqdimat edən Şəhla Ismayıla, Samir Əliyevə, Ziya Quliyevə, Elxan Mehdiyevə, Sabit Bağırova, İbrahimli Zaura təşəlkür edirəm. Eyni zamanda müzakirələrdə Azərbaycanla bağlı yanlış məqamlara etiraz edən hər birinizə Şəhla xanıma, Alimammed Nuriyevə, Hasan Huseynliyə, Elchin Sultanova, Sabina Alekperova, Sabit müəllimə, Zaur Əkbərə, Zaur İbrahimliyə, Xalid Kazımova, İlqar Huseynliyə və adını tag edə bilmədiyim ancaq həmrəy olan digər həmkarlarıma təşəkkür edirəm. Onu da qeyd etmək istəyirəm ki, nümayəndə heyətimizin səyi nəticəsində, saatlarla aparılan müzakirələr nəticəsində Sammit tərəfindən qəbul olunan qətnamədə COP 29 bağlı və digər məsələlər qətnamədən çıxarılmağına nail olsaqda ümumi qəbul olunan qətnamə nümayəndə heyəti tərəfindən qəbul olunmadığı üçün Azərbaycan heyəti səsvermədə iştirakdan imtina etdiyini açıq bildirərək protokola belə də düşdük. Mən özümə borc bildim ki, o gərgin 2 gündə bacardığının artığını etməyə çalışan həmkarlarıma təşəkkür edim".

 

Pərvanə Fərhadqızı

Избранный
30
qht.az

1Источники