RU

Rubl sürətlə dəyərdən düşür - Türkiyədəki ssenari təkrarlana bilər

Rusiya rublunda sürətli ucuzlaşma davam edir. 


Sfera.az birja məlumatlarına istinadən xəbər edir ki, bu gün bir dollar 110 rublu ötüb. Gün ərzində dollar rubl qarşısında 4,6 faiz yüksəlib. 


Rublun ucuzlaşması artıq bir neçə aydır ki, müşahidə edilir. Rusiyalı ekspertlərin proqnozuna əsasən, rubl qarşıdakı aylarda bir qədər də ucuzlaşacaq, hətta Türkiyədəki ssenarinin təkrarlanma ehtimalı da var. 


Xatırladaq ki, Türkiyədə dollar lirə qarşısında son 3 ildə bir neçə dəfə bahalaşıb. 2021-ci ilin əvvəlində 8-9 lirə olan bir dollar hazırda 34,7 lirəyə dəyişdirilir. 
Rusiyalı ekspertlər eyni halın rublun başına gəlməsindən qorxurlar. 


Vasif

Избранный
36
sfera.az

1Источники