İkardi Avropa Liqasında "Tottenhem"lə oyunda zədələnib.
News24.az xəbər verir ki, "Qalatasaray" klubunun həkimi Yener İnce İkardinin zədəsi ilə bağlı açıqlama verib.
İnce, "İkardinin reabilitasiya prosesində hər hansı bir axsama olmaması üçün əməliyyatının Argentinada edilməsinə qərar verdik. O, bazar ertəsi əməliyyat olunacaq" deyib.
İkardi mövsümü bağlayaraq ölkəsi Argentinaya yollanıb.
Günel Məlikzadə