RU

Qəzzada hücumlar davam edir - Can itkisi 45 minə yaxınlaşır

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 33 nəfər artaraq 44 min 282-yə çatıb.

Turkustan.az xəbər verir ki, İsrailin Qəzza zolağında Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada Qəzza zolağında 418 gündür davam edən hücumlar barədə məlumat verilib.

İsrail Ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlar nəticəsində 33 nəfərin həyatını itirdiyi, 134 nəfərin isə yaralandığı bildirilib.

Bildirək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 44 min 282, yaralıların sayı isə 104 min 880-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
24
6
turkustan.az

10Источники