RU

“Beşiktaş”ın prezidenti də istefa verdi

style='margin-bottom:10px;'>

"Beşiktaş"ın prezidenti Hasan Arat klubun futbol şöbəsinə rəhbərlikdən istefa verib.

QOL.az xəbər verir ki, bu barədə İstanbul klubu mətbuatı məlumat yayıb.

Məlumatda bildirilib ki, futbol şöbəsinə yeni rəhbər seçilənədək bu vəzifəni müvəqqəti olaraq Hüseyin Yücel yerinə yetirəcək.

Qeyd edək ki, “Beşiktaş” klubunun prezidenti olan Hasan Arat 2023-cü ilin dekabrından eyni zamanda klibun futbol şöbəsinin rəhbəri idi.

Xatırladaq ki, bu gün "Beşiktaş"ın vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek də vəzifəsindən ayrılıb.

Избранный
53
2
teleqraf.com

3Источники