RU

Hindistan Ermənistana Pinaka və Akash raket sistemlərinin ilk partiyasını göndərib

Times of India nəşrinin məlumatına görə, Pinaka raket sistemlərinin ilk partiyası Ermənistana göndərilib.

Hindistanın 214 millimetrlik Pinaka yaylım atəşli reaktiv sistemi canlı qüvvəni, yüngül zirehli və zirehli texnikanı, raket-buraxılış qurğularını məhv etmək, komanda məntəqələrini, rabitə qovşaqlarını və hərbi-sənaye infrastrukturu obyektlərini,  tank əleyhinə və piyada əleyhinə mina sahələrinin distansion qurğularını dağıtmaq üçün nəzərdə tutulub.

Atəş üçün 40 kilometr  və 120 kilometr məsafədə iki növ raket tətbiq olunur. Açıq mənbələrdən məlumata görə, Ermənistan 2 il ərzində 24-dən 40-dək belə sistem alacaq.

Times of India-nın məlumatına görə, Ermənistan qısa mənzilli Akash raket komplekslərini də alıb. O, müxtəlif obyektlərin və qoşun qruplarının hava hücumundan müdafiəsini təmin etmək üçün hazırlanıb. Kompleks 3,5 ilə 25 kilometr məsafədə aşağı və orta yüksəkliklərdə hədəfləri vura bilir. Kompleksin radarları eyni vaxtda hədəflərə 12 raket yönəltməyə imkan verir.

Hindistan mətbuatında bu barədə yazının dərci Yerevanda narahatlıq yaradıb. Belə ki, Bakının reaksiyasından ehtiyat edirlər. Bununla əlaqədar rəsmi Yerevan Hindistanın müvafiq qurumlarına müraciət edərək Ermənistana silah göndərilməsi barədə məlumatı mətbuatda yaymamağı xahiş edib.

Избранный
50
1
turan.az

2Источники