RU

Ukrayna Rusiya ilə danışıqlar üçün şərtini AÇIQLADI

”Ukrayna yalnız 2022-ci il, 23 fevral tarixinədək qüvvədə olan sərhədlərinin bərpa olunacağı təqdirdə danışıqlara hazır olacaq”.

Redaktor.az “strana.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak deyib.

O bildirib ki, bu addım münaqişənin nizamlanmasında dönüş nöqtəsi ola bilər: “Məhsuldar danışıqlar yalnız hər iki tərəf hərbi əməliyyatları dayandırmaq niyyəti nümayiş etdirərsə mümkündür. Bundan əlavə, ölkəmizin sərhədləri 23 fevral 2022-ci il tarixinədək mövcud olan səviyyədə bərpa edilməlidir. Çünki həmin tarixədək Ukrayanın bir hissəsi işğal edilmişdi”.

Qeyd edək ki, bir qədər əvvəl rəsmi Kiyev ölkənin 1991-ci ildə mövcud olan sərhədlərinin bərpasını tələb etmişdi.

Избранный
8
7
redaktor.az

8Источники