RU

Türkiyədə Misir kapitalı ilə şirkətlərin sayı azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədə Misir kapitalı ilə 82 şirkət qeydiyyata alınıb, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumata görə, bu dövrdə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 130 milyon 215 min türk lirəsi olub, 2023-cü ilin eyni dövründə isə bu məbləğ 106 milyon 45 min türk lirəsi təşkil edib.

Misir şirkətlərinin əksəriyyəti İstanbulda qeydiyyata alınıb (78 şirkət), bu şirkətlərin ümumi kapitalı isə 119 milyon 15 min türk lirəsi təşkil edir.

2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Misir kapitalı ilə 48 ticarət şirkəti qeydiyyata alınıb, qalan şirkətlər isə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.

Fuad Mədətov
Fins.az

Избранный
27
28
fins.az

10Источники