Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz gözləyirik ki, dost ölkənin, hətta bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımız tam bərpa olunacaq. Biz təsdiq edirik ki, hazırkı mərhələdə İrəvanın KTMT çərçivəsində tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapılar açıqdır”, - Zaxarova deyib.
Diplomat vurğulayıb ki, Rusiya hər bir dövlətin öz xarici siyasət kursunu müstəqil müəyyənləşdirmək, o cümlədən KTMT tədbirlərində iştirakla bağlı suveren hüququna şübhə etmir.
“De-yure, İrəvan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bu, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün yeganə mexanizmdir, Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır”.
Zaxarova Ermənistandan olan tərəfdaşların şübhələrini aradan qaldıraraq Rusiya ilə birgə işi bərpa edəcəklərinə ümid etdiyini də bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etmək fikrində olmadığını bildirib. Eyni zamanda İrəvan xəbərdarlıq edib ki, görüşdə razılaşdırılmış sənədlərin qəbulunun əleyhinə deyil.