RU

Zaxarova Ermənistanın KTMT-dəki rolundan danışıb » AzadMedia.az


“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır... Biz təsdiq edirik ki, indiki mərhələdə İrəvanın KTMT çərçivəsində tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapılar açıqdır”, - diplomat bildirib.

Zaxarova əlavə edib ki, Rusiya hər bir ölkənin öz xarici siyasət kursunu müstəqil müəyyən etmək hüququna şübhə etmir. Bununla əlaqədar, departament nümayəndəsinin sözlərinə görə, Moskva Ermənistanın KTMT çərçivəsində birgə işlərdə iştirakının bərpasını gözləyir.

Qeyd edək ki, avqustun sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-nin bütün orqanlarında iştirakını dondurduğunu açıqlamışdı.
Избранный
28
5
azadmedia.az

5Источники