RU

RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir » AzadMedia.az



Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib.

"Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin alternativsiz mexanizmi olan KTMT-nin de-yure tamhüquqlu üzvüdür. Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ümid edirik ki, bizə dost olan ölkənin və bütövlükdə regionun gələcək təhlükəsizliyi naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız tam bərpa olunacaq", - o qeyd edib.

M.Zaxarovanın sözlərinə görə, Rusiya hazırkı mərhələdə Ermənistanın KTMT ilə tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapıların açıq olduğunu təsdiqləyir. "Ümid edirik ki, erməni tərəfdaşlarımız şübhələri dəf edərək birgə işi bərpa edəcəklər", - o əlavə edib.
Избранный
59
7
azadmedia.az

10Источники