RU

BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN TƏŞKİLATÇILIĞI İLƏ BƏRDƏ RAYONUNDA ELMİ – PRAKTİK SEMİNAR KEÇİRİLİB » AzadMedia.az


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat institutunun təşkilatçılığı ilə Bərdə rayonunda “Pambığın becərmə texnologiyalarının təkmilləşdirilməsi, müasir çağırışlar, problemlər və həlli yolları” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarda Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Yevlax rayolarının və iri pambıqçılıq şirkətləriniin mütəxəssisləri və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə BMTBETİ-nin direktor müavini Elçin Xəlilov iqlim dəyişkənliyinin kənd təsərrüfatına əsasən pambıqçılığa, mənfi təsirlərindən və fermerlərin qarşılaşdığı çətinliklərdən danışıb. Qeyd edib ki, iqlim dəyişkənliyinin mənfi təsirləri azaltmaq üçün təsərrüfat fəaliyyətini iqlimə uyğunlaşdırmaq çox vacibdir. Beləki, əkinlərin strukturunda dəyişikliklər edilməli, iqlimə həssas sortlar deyil, quraqlığa və şoranlığa davamlı pambıq sortları becərilməlidir.

Seminar institutun əməkdaşları a.e.d. Ələddin Tağıyev “Respublikanın müxtəlif torpaq iqlim şəraitində yerli və introduksiya olunmuş pambıq sortlarının müqayisəli öyrənilməsi”, b.e.f.d.,dos. Mahirə Vəliyeva “Pambıq əkinlərində əsas becərmə işlərinin məhsuldarlığa təsiri”, Mahal Kazımov “Toxumun çeşidlənməsinin və yetişgənliyinin pambığın məhsuldarlığına təsiri”, Xurşid Aslanova “Pambıq bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə üsullarının öyrənilməsi”, Səbuhi Eldarov “İqlim dəyişkənliyi fonunda stresslərə davamlı sortların yaradılmasında genetik metodların rolu”, Rumiyyə Məmmədrzayeva “Qamma şüasının pambıq toxumlarının təsiri ilə mutasiya dəyişikliyinin öyrənilməsi və yeni mutant xətlərin yaradılması” mövzusunda təqdimatları ilə davam edib.

Görüşdə fermerlərin iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması ilə bağlı fikir mübadiləsi aparılıb.




Избранный
38
1
azadmedia.az

2Источники