RU

Donuzların parçaladığı məktəbli qıza ölümündən əvvəl TƏCAVÜZ OLUNUB

Donuzların parçaladığı məktəbli qız ölümündən əvvəl təcavüzə məruz qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Krasnoyarsk müstəntiqləri tövlədə donuzların arasında ölü tapılan 17 yaşlı məktəbli qızın zorlandığını müəyyən ediblər.

İstintaq Komitəsinin məlumatına görə, qız qisas almaq və heyvanları doğramaq üçün atasının yanına gələn sərxoş 41 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalıb.O, tövlədə heyvanlara yem verən qızı bıçaqla hədələməyə başlayıb, aralarında dava düşüb və məktəbli yerə yıxılıb.

Hücum edən şəxs onun başına ağacla vuraraq huşunu itirməsinə səbəb olub. Daha sonra kişi zorla onunla cinsi əlaqədə olub və donuzların olduğu tövlədə qoyub, onlar da qızı parçalayıblar.

Dindirilmə zamanı qonşu günahını etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
21
interpress.az

1Источники