RU

Azərbaycan Güləş Federasiyası Gəncədə seminar keçirib

Azərbaycan Güləş Federasiyası (AGF) Gəncədə seminar keçirib.

AGF-dən "Far.Az"a verilən məlumata görə, tədbirdə bu şəhərin, eləcə də Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy və Samux rayonunun güləş üzrə məşqçi-müəllimləri iştirak edib.

Seminarın həm nəzəri, həm də praktiki hissəsi Gəncə İdman Liseyində baş tutub. Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin rəisi Vüqar Xəlilov artıq ənənəvi şəkildə keçirilən seminarın güləşin inkişafında böyük rol oynadığını deyib.

Hakimlər Kollegiyasının sədri Qərib Əliyev yarış qaydalarından, çəki dərəcələri, xalçadan çıxma və s. mövzudan danışıb. Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Nazim Əlicanov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Nazim Əhmədov yığma komandalara cəlb edilən güləşçilərin fiziki hazırlığı, çəkisalma və çəkidəyişmə problemlərinə diqqət ayrılıb. Daha sonra I-S kateqoriyalı referi Sədi Quliyev video görüntülərlə müxtəlif görüşlərdə verilən hakim qərarlarını şərh edib.

Tədbirin praktiki hissəsində N.Əlicanov sərbəst güləş, N.Əhmədov isə yunan-Roma güləşi üzrə məşq keçib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Tərtər şəhərində keçiriləcək.

Избранный
16
2
far.az

3Источники