RU

Ağadadaş onu döyən mühafizəçini bağışlaya biləcəyini açıqladı: Bir şərtlə!

Qarşı tərəflə barışıb-barışmamağım onun davranış tərzinə bağlıdır. Həmin adam çıxıb hər kəsin gözü önündə üzr istəməli və Allahı başının üstündə görməlidir.

Publika.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Xalq artisti Ağadadaş Ağayev onu döyən mühafizəçi barəsində danışarkən deyib.

Müğənni bildirib ki, mühafizəçini sadəcə üzr istəyəcəyi halda bağışlaya bilər:

“Yalnız məndən deyil, baş verənlərə görə xalqımızdan da üzr istəməlidir. Ümumiyyətlə, məni aşağılayacaq nə yalan məlumat yayıbsa, hamısını etiraf etməlidir. Yaşadığımız rayonda bizim nəsilə hər kəs hörmət edib. Mənim Mirzə babam bəy olub. Bütün davalarda, hətta qan davaları baş verəndə də hamı babamın yanına gələrdi ki, tərəfləri barışdırsın. Allah bağışlayandır, mən kiməm ki? Həmin şəxs Allahı unutmayıb, doğruları danışsa, üzr istəsə, niyə də bağışlamayım? Hər şey ola bilər”.

Xatırladaq ki, bu il iyulun 23-də Binəqədi rayonu ərazisində xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi (Mühafizəçi “Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə xalq artistini döyüb.

Избранный
15
12
publika.az

10Источники