RU

Sibirdə canavarları xizəyə qoşurlar - ŞOK FOTOLAR

Sibirdə canavarları xizəyə qoşurlar - ŞOK FOTOLAR

APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərovun “Sibiri canavarı” da adlandırılan haskilər haqqında reportajı

Rusiyanın Sibir regionu neft və qaz kimi zəngin təbii ehtiyatlara malik olduğu qədər həm də əsrarəngiz təbiətə və heyvanlar aləminə malikdir. Sibir ayısı, Sibir maralı, Sibir pələngi kimi “Qırmızı kitab”a düşən nadir heyvanların yaşadığı bu regionda insanların dostu sayılan qədim və nadir it cinslərinə də rast gəlinir. Onlardan biri məhz haskilərdir. XVII-XVIII əsrdə rusların Sibirdə qızıl axtarışı zaman bu it cinslərindən malların, poçtun və insanların daşınması üçün xizək qoşqusu kimi geniş istifadə olunmağa başlayıb.

Sibir, şaxtalı hava, “Tayqa meşəsi” və haskilər

Sibir deyəndə ilk ağıla gələn şaxtalı hava, Tayqa meşəsi və haski cinsindən olan itlərdir. Uzaq şərqin aborigen xizək iti olan haskilər balıqçılıq və dəniz heyvanlarını ovlamaqla məşğul olan regionun aborigen xalqları tərəfindən yetişdirilib. Bu gün Sibir haskilərindən təkcə xizək iti kimi deyil, həm də ev heyvanı, şou iti və bələdçi kimi də istifadə olunur.

Arktikanın yerli xalqları sayılan çukça və eskimoslara uzaq məsafə qət edə bilən və yorulmayan heyvanlar lazım olduğundan onlar haskilərdən xizək iti kimi istifadə etməyə başlayıblar. Müasir dövrdə bu cinslərin nümunələri seçmə qaydada yetişdirilib və müxtəlif kinologiya klublarında müasir təmiz cinslər, o cümlədən, Sibir və Labrador haskisi kimi qeydiyyata alınıb.

Xantı-Mansiysk Muxtar Dairəsində yerləşən “Yuqra” Haski Mərkəzinin direktoru Nadejda Lebedeva bildirib ki, şimal xizək itləri olan haskilər qoşquda qaçmaq üçün öyrədilib: “Hər bir it cinsinin təyinat növü var. Bizim itlərimiz xizək sürmək üçündür. Elə itlər var ki, onlar mühafizə üçün öyrədilir. Onların kənar şəxslərə hürmək kimi vərdişləri olur. Xilasedici itlər də var. Bizim itlər isə qaçmağı sevirlər. Biz bu itlərə düzgün yüklənmə və təhlükəsiz şəkildə qaçmağı öyrədirik. Prinsipcə, baxanda da görmək olur ki, haskilər qaçmağı xoşlayırlar”.

“Sibir canavarı”

Haski dünyada ən qədim it cinslərindən biri hesab olunur. Bu itləri “Sibir canavarı” da adlandırırlar.

“Sibir canavarları” buz mavisi gözləri ilə qorxuducu olsalar da, əslində, sevgi dolu bir heyvandırlar. Azadlığı sevirlər və inadkardırlar, yaltaqlanmağı xoşlamırlar. Bəzilərinin göz rəngi fərqli, ayrı-ayrı da olur. İnsanlara, uşaqlara qarşı çox mehribandırlar, hamı ilə yaxşı keçinirlər. Boş yerə hürməzlər, amma ulaya bilərlər. İstiyə qarşı dözümləri yoxdur, 60 dərəcə soyuğa kimi dözə bilərlər. Zəif yerleri burun, qulaq və gözləridir, bu orqanları çox həssasdır və daima nəzarətdə olmalıdılar.

“Haskilər həyatdan köçəndə kollektiv üçün çox ağır olur”

“Haskilər quru yemlə, ət və farel balığının yağı ilə qidalanırlar. Biz çalışırıq ki, haskilərin qida rasioununu elə balanslaşdıraq ki, onların qaçmağa enerjisi olsun. Lakin bu aborigen it cinslərinin əsas qidası hər zaman balıq olub. Ona görə ki, balıq yemi onların susuz qalmamasına imkan vermir. Hər bir haski özünəməxsus xarakterə malikdir. Biz hansı itin xizəyin qabağında, yəni, lider kimi, hansının ortada, hansının arxada qaça biləcəyini bilirik”, – deyə 12 ildən çoxdur ki, “Yuqra” Haski Mərkəzinə rəhbərlik edən Lebedeva qeyd edib.

Mərkəzin direktoru bütün haskiləri tək-tək tanıdığını bildirib. Onun sözlərinə görə, haskilər həyatdan köçəndə kollektiv üçün çox ağır olur. Çünki onlar bu itlərlə təkcə ayrılmır, uzun müddət meşə və çaylarda çətin sınaqlardan keçmiş dostlarını, ailələrinin bir üzvünü itirmiş olurlar.

Azadlıqsevər, Azadlıqsevər, Azadlıqsevər, Azadlıqsevər,

Избранный
357
apa.az

1Источники