RU

Dünyanın ən əsəbi ölkələri - Ermənistan neçədədir?

Türkiyə dünyanın ən aqressiv ölkələri siyahısında ikinci yerdədir.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, "Gallup"un "Global Emotions" tərəfindən yayımlanan 2024-cü il emosiyalarla bağlı hesabata əsasən dünyanın ən əsəbi ölkələri müəyyənləşdirilib. Siyahı, ölkələrin sosial-iqtisadi vəziyyətləri, gündəlik həyat çətinlikləri və əhalinin ümumi emosional durumu nəzərə alınaraq hazırlanıb. Araşdırma nəticəsində Türkiyə ikinci sırada qərarlaşıb.

Hesabata görə dünyanın ən aqressiv ölkəsi Livandır. Livan əhalisinin 49%-i özünü aqressiv hiss etdiyini bildirir. Türkiyə isə 48%-lik göstərici ilə ikinci yerdədir. Bu statistika, ölkədəki iqtisadi proseslərin və gündəlik həyat problemlərinin insanların əsəbi vəziyyətinə ciddi təsir etdiyini göstərir.

Dünyanın ən əsəbi ölkələri siyahısında ilk onluq belədir:

10. Nigeriya

9. Ekvatorial Qvineya

8. Syerra-Leone

7. Mali

6. İordaniya

5. Əfqanıstan

4. İraq

3. Ermənistan

2.Türkiyə

1.Livan

Hesabat, dünyada insanların ümumi emosional vəziyyətinə işıq tutaraq, bu vəziyyətin ölkələrin sosial-iqtisadi mənzərəsindən necə təsirləndiyini vurğulayır. Türkiyənin ikinci sırada olması, bu sahədəki problemlərin dərinliyini göstərir və insanların gündəlik həyatda özlərini həm aqressiv, həm də əsəbi hiss etdiklərini ortaya qoyur.

Избранный
10
1
news24.az

2Источники