RU

“Real”da həyəcan siqnalı: Növbəti oyuna 8 itki ilə çıxa bilər

“Real”ın Çempionlar Liqasının 5-ci turunun “Liverpul”la oyunu üçün heyətinə daxil olan 3 futbolçu “Enfild Roud”da sarı vərəqə alacağı təqdirdə turnir çərçivəsində baş tutacaq “Atalanta” ilə qarşıdakı matçı buraxa bilər.

Publika.az xəbər verir ki, Madrid klubundan Luka Modriç, Eduardo Kamavinqa və Lukas Vaskes üçün sarı vərəqə limitindədir.

Hazırda “Real”da 5 zədəli futbolçu var. Vinisius Junior, Rodriqo, Daniel Karvaxal, Eder Militao və David Alaba bu səbəbdən qarşılaşmaları buraxırlar.

“Atalanta” ilə matçda isə “Real”da itkilərin sayı 8-ə qədər yüksələ bilər.

Избранный
10
1
publika.az

2Источники