“Bakteriyalar müxtəlif mətbəx qablarında toplanır”. Yeniavaz.com xəbər verir ki, bu barədə terapevt Çun Tan və ailə sağlamlığı mütəxəssisi Emilia Pasia “Express”ə danışıblar: Terapevtin sözlərinə görə, çəngəl, konserv açan və sürtgəc kimi əşyaların mədə-bağırsaq problemlərinə səbəb ola biləcək mikrobları saxlaya bilən küncləri var: “Ona görə də bu qablar üzərində görünən qida qalıqları olmasa belə, kağız dəsmal və fırça ilə silinməli, sonra yuyucu vasitələrlə yuyulmalı və mətbəx dəsmalları ilə silinmədən qurudulmalıdır. Mikroblar mürəkkəb naxışlı bıçaqların üzərində də toplana bilər. Poladdan hazırlanmış sadə dizaynlı bıçaq və çəngəllər alın. Bıçaqları təmizləyərkən yalnız əllə yuma və ya qabyuyan maşına etibar etməyin. Mütəmadi olaraq daha əsaslı təmizlik işləri aparılmalıdır”. Ailə sağlamlığı mütəxəssisi Emilia Pasia əlavə edib ki, blenderlər və fritözlər də diqqətli qulluq tələb edir: “İstifadədən dərhal sonra blenderi yarıya qədər ilıq su ilə doldurun və bir damla yuyucu toz əlavə edin. Qida hissəciklərini çıxarmaq üçün qarışdırıcını aşağı sürətlə 30-60 saniyə işlədin. Sonra cihazı tamamilə sökün və hər bir hissəsini isti, sabunlu suda əl ilə yuyun. Fritöz hər istifadədən sonra, soyuyan kimi yuyulmalıdır. Bunu isti sabunlu su və parça ilə etmək lazımdır”. Mütəxəssis eyni zamanda duz-istiot qablarının və stəkanların xüsusi qayğıya ehtiyacı olduğuna diqqət çəkib, çünki onları çox sayda insan götürür: