RU

“İşdən çıxarıldığımı telefonuma göndərilən “vatsap” mesajından öyrəndim”

"Beşiktaş”ın idman direktoru Səməd Aybaba klubla yollarının ayrılmasından sonra ilk dəfə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, vəzifəsindən çıxarılmasını mesajla öyrəndiyini vurğulayıb.

“İşdən çıxarıldığımı telefonuma göndərilən "vatsap" mesajından öyrəndim. Son 4 ayda klub prezidenti Həsən Aratla dialoqumuz tamamilə pozulmuşdu.

Onunla danışa bilmədiyimiz üçün klubda baş verən hər şeylə bağlı ona məktub yazdım.

Şənbə günü mətbuat konfransı keçirəcəyəm. Bütün sualları cavablandıracağam və son bir ildə “Beşiktaş”da baş verənləri danışacağam”.

Samet Aybaba ilə yanaşı, bu gün klubun vitse-prezidenti Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Fridel də istefa ərizələrini yazıblar.

Избранный
102
sportinfo.az

1Источники