RU

İsveçrəli Azərbaycanla oyunda nəyə heyran qalıb?

"Oyuna istədiyimiz kimi başlamadıq? buna görə də matçın əvvəlində 11 xal geri düşdük".

Sportinfo.az xəbər verir ki, bu sözləri kişi basketbolçulardan ibarət İsveçrə millisinin üzvü Boris Mbala 2027-ci il dünya çempionatının seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına 85:55 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

O, böyük fasilədən sonra yaxşı oynadıqlarını bildirib:

"Bundan sonra matçı öz tərəfimizə çevirməyi bacardıq. Komanda şəklində oynamaq işimizə yaradı. Rəqibi də əzmkar mübarizəyə görə təbrik edirəm".

Basketbolçu Bakı İdman Sarayında azarkeşlərin yaratdığı atmosferə heyran qaldığını söyləyib:

"Çox gözəl ab-hava var idi. Azarkeşlər sonadək Azərbaycan millisinə dəstək oldular.

Bu cür atmosferdə oynamaq çox yaxşıdır. Ölkəniz qonaqpərvərdir. Bizi gözəl qarşıladılar. Buna görə təşəkkür edirəm".

Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını gələn il fevralın 20-də Kosovo, fevralın 23-də isə İrlandiyaya qarşı keçirəcək.

Избранный
91
sportinfo.az

1Источники