RU

Azərabycan bankları son bir ayda 23 milyon manat mənfəət vergisi ödəyib - Rəqəmlərdə azalma

Cari ilin yanvar oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 213 milyon 900 min manat mənfəət vergisi ödəyib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, cari ilin yanvar-sentyabr ayları ilə müqayisədə 23 milyon 300 min manat və ya 12,2% çoxdur. Bu ilin ilk 9 ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ödənilmiş mənfəət vergisinin miqdarı 190 milyon 600 min manat olub. Yəni, son bir ayda banklar 23 milyon 300 min manat mənfəət vergisi ödəyib.

Qeyd edək ki, bu dövrdə banklar tərəfindən ödənilmiş mənfəət vergisinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda fəaliyyət göstərən banklar 237 milyon 800 min manat mənfəət vergisi ödəyib ki, bu da, bu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 23 milyon 900 min manat, yaxud da 10% çoxdur.

Əvəz Həsənov

Избранный
34
valyuta.az

1Источники