Türkiyədə fırıldaqçılıq və qeyri-qanuni mərc oyunlarına qarşı “Siberağ-10” əməliyyatı təşkil edilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, 7 vilayətdə baş tutan əməliyyatda 48 şübhəli tutulub, 23-ü isə həbs edilib.
Bildirilib ki, əməliyyatlar nəticəsində sənədsiz tapança və ov tüfəngləri, çoxlu sayda kompüter, telefon, portativ yaddaş və bank/kredit kartları ələ keçirilib.
Mina Mikayılova