Gallup's 2024 Global Emotions Report dünyanın ən kədərli ölkələrini sıralayıb.
Hafta.az-ın yazdığına görə, sorğu və araşdırmalar əsasında aparılan tədqiqat zamanı insanların ən çox kədərləndiyini bildirdiyi ölkələr siyahıda ilk pillələri tutublar:
Gözlənildiyi kimi, siyahıda birinci yeri Çad tutub. Burada əhalinin 52 faizi, ikinci olan Qvineyada əhalinin 52 faizi, siyahıda ilk üçlüyü tamamlayan İsraildə isə əhalinin 51 faizi özünü bədbəxt hiss etdiyini bildirib. Konqo Demokratik Respublikası siyahıda dördüncüdür və konqoluların 49 faizi, beşinci pillədə qərarlaşmış Liberiya əhalisinin isə 46 faizi özünü xoşbəxt hiss eləmir.
Qardaş ölkə Türkiyədə 62-ci pillədədir və türkiyəlilərin 26 faizi özünü bədbəxt görür.
Siyahıda 100-cü sırada olan Tayvanda isə əhalinin cəmi 6 faizi özünü xoşbəxt görmür.