RU

Azərbaycanda pul qazanan və mədəniyyətimizi bəyənməyən gürcü restoranı...

İlin sonuna az qalır və indidən bir çox restoranlar Yeni il şənliyi tədbirlərinə hazırlığa, sifarişlərin qəbulun başlayıblar...

Hər restoranın özünəmxəsus kommersiya siyasəti, mətbəxi var. Normal haldır. Lakin bu siyasət ölkənin qanunlarına və dəyərlərinə hörmət çərçivəsində həyata keçirilməlidir. Çox böyük təəssüf hissi ilə qeyd edək ki, bəzi restoranlar ölkənin milli dəyərlərini, mədəni ənənələrini heçə saymaqda davam edir.

Poliqon xəbər verir ki, belə restoranların başında müştərilərə gürcü mətbəxi təklif edən “Marani” restoranı gəlir.

Redeksiyamıza müraciət edən oxucumuzun bildrdiyinə görə, “Marani” restoranında Yeni il gecəsi şənliyi üçün yer rezerv etmək istəyən müştəri restoran əməkdaşının sözlərindən şoka düşüb. Azərbaycanda fəaliyyət göstərərək azərbaycanlıların hesabına külli miqdarda pul qazanan “Marani” restoranın idarəçiləri şənlikdə Azərbaycan musiqisi səsləndirməyəcəklərini açıq mətnlə bildiriblər.

“Bizdə ancaq gürcü və rusca musiqilər olur”, deyən əməkdaş niyə belə qərar qəbul etdiklərinə heç bir aydınlıq gətirməyib.

Belə çıxır ki, azərbaycanlıların pulu yaxşıdır, mədəniyyəti pis...

Poliqon.info

Избранный
16
poliqon.info

1Источники