Hyundai ABŞ-da 226 mindən çox avtomobili arxa görüntü kamerası problemlərinə görə geri çağırıb.
Marja xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) yaydığı məlumatda, geri çağırışın bəzi 2021-2022 Santa Fe və Elantra model avtomobilləri əhatə etdiyi bildirilib.
Qeyd edilib ki, qüsurlu lövhə səbəbindən arxa kameranın görüntüsü ekranda görünməyə bilər və bu, sürücünün görmə qabiliyyətini azalda, qəza riskini artıra bilər.
Açıqlamada sözügedən model avtomobillərin müvafiq standart tələblərinə cavab vermədiyi vurğulanıb.
Açıqlamada geri çağırılacaq avtomobil sayının 226 min 118 olduğu və dilerlərin arxa görüntü kamerasını pulsuz dəyişdirəcəkləri qeyd edilib.