RU

Mask Aİ qurumları arasında səlahiyyət bölgüsünü qeyri-demokratik adlandırdı

ABŞ milyarderi və yeni seçilmiş prezident Donald Trampın yaxın müşaviri İlon Mask çərşənbə günü Avropa Komissiyası ilə Avropa Parlamenti arasında səlahiyyətlərin bölgüsünü qeyri-demokratik adlandırıb.

Qaynarinfo "Avropa Həqiqəti"nə istinadla xəbər verir ki, bu barədə Mask X (Twitter) sosial şəbəkəsində paylaşım edib

Mask Avropa Komissiyasının yeni tərkibinin təsdiqini tənqid edib. Bu, onun Aİ institutlarına və siyasətçilərinə qarşı bir sıra ictimai tənqidlərindən biri olub.

"Bu qeyri-demokratikdir. Aİ Parlamenti birbaşa məsələlər üzrə səs verməlidir, səlahiyyətləri Avropa Komissiyasına təhvil verməməlidir", – Mask yazıb.

O, Kiprdən olan Avropa Parlamenti deputatı Fidyas Panayotunun paylaşdığı bir videoya istinad edib. Videoda Panayotu Avropa Komissiyasının yeni tərkibinin təsdiq prosesini tənqid edərək deyir ki, guya deputatlar ayrı-ayrı komissarların namizədliyinə yox, bütöv heyətə paket şəklində səs verməlidirlər.

Ancaq bu doğru deyil. Avropa Parlamenti komissar vəzifəsinə namizədlər üçün birbaşa səsvermə hüququna malikdir. Təsdiq prosesi zamanı namizədlər deputatlarla müsahibədən keçir və onların hər biri üzrə ayrıca komitə səviyyəsində səsvermə keçirilir. Deputatlar namizədi təsdiqləyə və ya rədd edə bilərlər. Daha sonra bütün Komissiya üçün plenar iclasda 720 deputat ümumi səsvermə keçirir.

Mask dəfələrlə Aİ rəsmilərini və siyasətçilərini sərt şəkildə tənqid edib. Oktyabrda o, Avropa Komissiyası sədrinin müavini Vera Yurova ilə onlayn mübahisəyə girib və onu "banal bürokratik şərin təcəssümü" adlandırıb.

Almaniya kansleri Olaf Şoltsun hökumətinin çöküşü ilə bağlı xəbərləri şərh edərkən, Mask Şoltsu "axmaq" adlandırıb.

Maskın siyasi fəallığı bu yay kəskin şəkildə artıb. O, ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Donald Trampı dəstəkləyib və Trampın seçki kampaniyasına milyonlarla dollar vəsait ayırıb.

İlon Mask yeni seçilmiş prezident Trampın yaxın müşaviri olaraq Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı onu müşayiət edib.

Mask Tramp administrasiyasında yaradılacaq Dövlət Aparatının Effektivliyi Nazirliyinin rəhbəri olacaq. O, bu vəzifəni ABŞ prezidentliyinə keçmiş namizəd Vivek Ramasvami ilə birlikdə icra edəcək.

Alpər
Избранный
7
1
qaynarinfo.az

2Источники