RU

Rauf Vəliyevin rəhbərlik etdiyi QSC barəsində cərimə qərarı çıxarıldı

Səbail Rayon Məhkəməsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb, quruma cərimə cəzası kəsilib.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: QSC-nin rəhbəri Rauf Vəliyevdir.

Избранный
15
4
tribunainfo.az

5Источники