RU

İlham Əliyevin Trampa zəngi... -RƏY

Hər iki tərəfin əməkdaşlığı dərinləşdirmək üçün siyasi iradəsi mövcuddur


  Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampa zəng edərək onu yenidən Amerika Birləşmiş Ştatlarının prezident seçilməsi münasibəti ilə təbrik edib xoş arzularını çatdırıb. Tramp isə öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Dövlət başçıları arasındakı  qarşılıqlı səmimiyyət qarşıdakı dörd ildə ABŞ və Azərbaycan arasında münasibətlərin müsbət məcrada inkişaf edəcəyini ehtimal etməyimizə imkan verir.
  Xatırladaq ki,  dövlət başçısı hələ ABŞ-dəki seçkilərdən bir neçə ay öncə iştirak etdiyi Qlobal Forumda Donald Trampın bu seçkilərdə qalib gələcəyinə işarə edərək gözləntilərini açıqlamışdı. Azərbaycan Prezidentinin proqnoz xarakterli həmin açıqlaması sözsüz ki, siyasi təcrübə və uzaqgörənlik nümunəsi idi.
  Siyasi ekspertlərin fikrincə, İlham Əliyevin Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etməsi və seçkilərdə qazandığı inamlı qələbəsini Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsi kimi qiymətləndirməsi heç şübhəsiz ki, siyasi müdrikliyin təntənəsidir.
  
Siyasi şərhçi Aqil Məmmədov da “Sherg.az"a açıqlamasında Azərbaycan-ABŞ əlaqələrində yeni imkanlar açıldığını qeyd edib:

“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti  seçilmiş Donald Tramp ilə telefon danışığı iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini göstərir.  İlham Əliyevin bu zəngi  eyni zamanda Azərbaycanın ABŞ ilə əlaqələrə verdiyi önəmi və bu tərəfdaşlığı dərinləşdirmək istəyindən qaynaqlanır.
Bunun üçün yaxın keçmişə bağlı uğurlu keys mövcuddur. Trampın birinci prezidentliyi dönəmində Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və təhlükəsizlik sahələrində uğurlu olub.  Donald Tramp administrasiyası Cənub Qaz Dəhlizinə dəstək verdi. Bu dəstək həmçinin layihənin reallaşdırılması üçün tələb edilən vəsaitin cəlb olunmasına da müsbət təsir göstərdi. Xüsusi ABŞ maliyyə mənbələrindən vəsaitin cəlb edilməsi üçün bu dəstəyin xüsusi önəmi olub. 
  İki ölkə arasında ticarət dövriyyəsi Trampın dövründə 900 milyon dollar səviyyəsinə çatdı. Paralel olaraq humanitar sahədə əməkdaşlıqda müsbət nəticələrlə yadda qalıb”.  
 
 A.Məmmədov xatırladıb ki, Azərbaycan Prezidenti həmçinin birinci prezidentlik dövründə ölkəmizlə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını xatırladıb və eyni zamanda qarşıdakı dövrdə ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib:

 “ABŞ-Azərbaycan əlaqələrinin inkişafı hər iki tərəfin maraqlarına cavab verir. Tramp administrasiyasının Cənubi Qafqazın lider dövləti ilə sıx əməkdaşlığa üstünlük verməsi zamanın tələbidir.
  Bu zəng bir daha  göstərdi ki, Azərbaycan-ABŞ münasibətləri yalnız keçmiş nailiyyətlərlə məhdudlaşmır. İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar mövcuddur. Ən əsası hər iki tərəfin bu əməkdaşlığı dərinləşdirmək üçün siyasi iradəsi mövcuddur. Ən əsası Azərbaycan milli maraqları və regional sabitlik naminə ABŞ ilə əlaqələrin güclənməsi üçün mühüm addım atmış oldu”.
Избранный
14
sherg.az

1Источники